# az/mammadaliyev.xml.gz
# az/musayev.xml.gz


(src)="s1.1"> Mərhəmətli , rəhmli Allahın adı ilə !
(trg)="s1.1"> Mərhəmətli və Rəhmli Allahın adı ilə !

(src)="s1.2"> Həmd ( şükür və tə ’ rif ) olsun Allaha ( və ya : Həmd məxsusdur Allaha ) – aləmlərin Rəbbinə ,
(trg)="s1.2"> Həmd olsun aləmlərin Rəbbi Allaha ,

(src)="s1.3"> ( Bu dünyada hamıya ) mərhəmətli , ( axirətdə isə ancaq mö ’ minlərə ) rəhmli olana ,
(trg)="s1.3"> Mərhəmətli və Rəhmliyə ,

(src)="s1.4"> Haqq-Hesab ( qiyamət ) gününün sahibinə !
(trg)="s1.4"> Haqq-hesab gününün Hökmdarına !

(src)="s1.5"> Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik !
(trg)="s1.5"> Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik .

(src)="s1.6"> Bizi doğru ( düz ) yola yönəlt !
(trg)="s1.6"> Bizi doğru yola yönəlt –

(src)="s1.7.0"> Ne ’ mət verdiyin kəslərin yoluna !
(src)="s1.7.1"> Qəzəbə düçar olmuşların və ( haqdan ) azmışların ( yoluna ) yox !
(trg)="s1.7"> nemət bəxş etdiyin şəxslərin yoluna , qəzəbə uğramışların və azmışların yoluna yox !

(src)="s2.1"> Əlif , Lam , Mim .
(trg)="s2.1.0"> Əlif .
(trg)="s2.1.1"> Ləm .

(src)="s2.2"> Bu , ( Allah tərəfindən nazil edilməsinə , haqdan gəlməsinə ) heç bir şəkk-şübhə olmayan , müttəqilərə ( Allahdan qorxanlara , pis əməllərdən çəkinənlərə ) doğru yol göstərən Kitabdır .
(trg)="s2.2"> Bu , qətiyyən şübhə doğurmayan , müttəqilərə doğru yol göstərən bir Kitabdır .

(src)="s2.3"> O kəslərki , qeybə ( Allaha , mələklərə , qiyamətə , qəza və qədərə ) inanır , ( lazımınca ) namaz qılır və onlara verdiyimiz ruzidən ( ailələrinə , qohum-qonşularına və digər haqq sahiblərinə ) sərf edirlər .
(trg)="s2.3"> O kəslər ki , qeybə iman gətirir , namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər ;

(src)="s2.4"> O kəslərki , sənə göndərilənə ( Qur ’ ana ) və səndən əvvəl göndərilənlərə ( Tövrat , İncil , Zəbur və s . ) iman gətirir və axirətə də şəksiz inanırlar ,
(trg)="s2.4"> O kəslər ki , sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir , axirətə də yəqinliklə inanırlar .

(src)="s2.5.0"> Məhz onlar öz Rəbbi tərəfindən ( göstərilmiş ) doğru yoldadırlar .
(trg)="s2.5.0"> Onlar öz Rəbbindən gələn doğru yoldadırlar .

(src)="s2.5.1"> Nicat tapanlar ( axirət əzabından qurtarıb Cənnətə qovuşanlar ) da onlardır .
(trg)="s2.5.1"> Məhz onlar nicat tapanlardır .

(src)="s2.6.0"> ( Ya Rəsulum ! )
(src)="s2.6.1"> Həqiqətən , kafirləri əzabla qorxutsan da , qorxutmasan da , onlar üçün birdir , iman gətirməzlər .
(trg)="s2.6"> Həqiqətən , kafirləri qorxutsan da , qorxutmasan da , onlar üçün fərqi yoxdur , iman gətirməzlər .

(src)="s2.7.0"> Allah onların ürəyinə və qulağına möhür vurmuşdur .
(src)="s2.7.1"> Gözlərində də pərdə vardır .
(trg)="s2.7.0"> Allah onların qəlblərini və qulaqlarını möhürləmiş , gözlərinə də pərdə çəkmişdir .

(src)="s2.7.2"> Onları böyük bir əzab gözləyir !
(trg)="s2.7.1"> Onlar üçün böyük bir əzab vardır .

(src)="s2.8"> İnsanlar içərisində elələri də vardır ki , iman gətirmədikləri halda : “ Biz Allaha və qiyamət gününə iman gətirdik “ , -deyirlər .
(trg)="s2.8"> İnsanlar arasında elələri də vardır ki , mömin olmadıqları halda : “ Allaha və Axirət gününə inanırıq ” – deyirlər .

(src)="s2.9.0"> Onlar elə güman edirlər ki , ( qəlblərində olan küfrü gizlətməklə ) Allahı və mö ’ minləri aldadırlar .
(trg)="s2.9.0"> Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar .

(src)="s2.9.1"> Bilmirlər ki , əslində ancaq özlərini aldadırlar .
(trg)="s2.9.1"> Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar .

(src)="s2.10.0"> Onlar ürəyində mərəz ( nifaq və həsəd mərəzi ) var .
(src)="s2.10.1"> Allah onların ( şəkk , kin və nifiq ) mərəzini daha da artırar .
(trg)="s2.10.0"> Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır .

(src)="s2.10.2"> Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar !
(trg)="s2.10.1"> Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər .

(src)="s2.11"> Onlara : “ Yer üzündə ( küfr və günah işlədərək , mö ’ minləri aldadaraq ) fəsad törətməyin ! ” -dedikdə : “ Bizim işimiz ancaq yaxşılıq etməkdir ” , -deyə cavab verirlər .
(trg)="s2.11"> Onlara : “ Yer üzündə fəsad törətməyin ! ” – deyildiyi zaman : “ Biz ki , ancaq xeyirxahlıq edənlərik ! ” – deyirlər .

(src)="s2.12"> Bilin ki , onlar fəsad törədəndirlər , lakin ( bunu ) dərk etmirlər .
(trg)="s2.12"> Sözsüz ki , onlar fəsad törədənlərdir , amma bunu başa düşmürlər .

(src)="s2.13.0"> Onlara : ” Başqaları ( mühacir və ənsar ) iman gətirdikləri kimi siz də iman gətirin ! ” – deyildiyi zaman ( öz aralarında ) : “ Biz də səfehlər ( ağılsızlar ) kimi iman gətirək ? ” -deyə cavab verirlər .
(src)="s2.13.1"> ( Ey mö ’ minlər ! )
(trg)="s2.13.0"> Onlara : “ Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin ! ” – deyildiyi zaman : “ Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək ? ” – deyirlər .

(src)="s2.13.2"> Agah olun ki , səfeh onların özləridir , lakin ( bunu ) bilmirlər .
(trg)="s2.13.1"> Doğrusu , onlar özləri səfehdirlər , lakin bunu bilmirlər .

(src)="s2.14.0"> Onlar mö ’ minlərlə qarşılaşdıqları zaman : “ Biz də ( sizin kimi ) iman gətirdik ” , -deyirlər .
(src)="s2.14.1"> Halbuki öz şeytanları ilə ( onları aldadan dostları ilə ) təkbətək qalanda : “ Biz də sizinləyik , biz ancaq ( mö ’ minlərə ) istehza edirik ” , -deyirlər .
(trg)="s2.14.0"> Onlar möminlərlə rastlaşdıqda : “ Biz iman gətirdik ! ” – deyirlər , öz şeytanları ( azmış dostları ) ilə təklikdə qaldıqda isə : “ Biz sizinləyik .
(trg)="s2.14.1"> Biz möminlərə ancaq istehza edirik ! ” – deyirlər .

(src)="s2.15.0"> ( Belə əməllərin müqabilində ) Allah da onlara ( dünya va axirətdə ) istehza edər və ( dünyada ) onlara o qədər möhlət verər ki , öz zəlalətləri icində şaşqın ( və sərgərdan ) qalarlar .
(src)="s2.15.1"> ( Və ya : Allah da onlara istehza edər və onları öz zəlalətləri , tüğyanları içində saxlayar ) .
(trg)="s2.15"> Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki , sərgərdan gəzərlər .

(src)="s2.16.0"> Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir .
(trg)="s2.16.0"> Onlar , doğru yolu verib azğınlığı satın almış kimsələrdir .

(src)="s2.16.1"> Onların alveri xeyir getirmədi və haqq yolu da tapmadılar .
(trg)="s2.16.1"> Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər .

(src)="s2.17.0"> Onların ( münafiqlərin ) halı ( qaranlıq gecədə ) od yandıran şəxsin halına bənzər .
(trg)="s2.17.0"> Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər .

(src)="s2.17.1"> Od ( yanıb ) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işıgını keçirər və özlərini zülmət içərisində qoyar , ( artıq heç nə ) görməzlər .
(trg)="s2.17.1"> Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar , özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar .

(src)="s2.18.0"> Onlar kar , lal və kordurlar ( haqqı eşitməz , danışmaz və görməzlər ) .
(src)="s2.18.1"> Buna görə də ( öz pis adətlərindən , yaramaz əməllərindən ) dönməzlər .
(trg)="s2.18"> Onlar kar , lal və kor olduqlarına görə doğru yola qayıtmazlar .

(src)="s2.19.0"> Yaxud ( o münafiqlər ) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki , ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar .
(trg)="s2.19.0"> Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki , ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar .

(src)="s2.19.1"> Halbuki Allah kafirləri ( Öz elmi , qüdrəti ilə ) ehtiva edəndir ( Onun əlindən əsla qaçıb qurtara bilməzlər ) .
(trg)="s2.19.1"> Şübhəsiz ki , Allah kafirləri hər tərəfdən əhatəyə almışdır .

(src)="s2.20.0"> İldırımın çaxması az qalır ki , onların gözlərinin işığını alsın ( onları kor etsin ) .
(trg)="s2.20.0"> Şimşək az qalır ki , onların gözlərini çıxartsın .

(src)="s2.20.1"> ( Şimşək ) onlara işıq verdiyi zaman ( onun şüası ilə ) yeriyirlər , üzərlərinə qaranlıq çökdükdə isə ( olduqları yerdə ) dayanıb dururlar .
(trg)="s2.20.1"> Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər , zülmət onları bürüdükdə isə dayanıb dururlar .

(src)="s2.20.2"> Əgər Allah istəsəydi , onların qulaqlarını və gözlərini əllərindən alardı .
(trg)="s2.20.2"> Əgər Allah istəsəydi , onları eşitməkdən və görməkdən məhrum edərdi .

(src)="s2.20.3"> Həqiqətən , Allah hər şeyə qadirdir .
(trg)="s2.20.3"> Şübhəsiz ki , Allah hər şeyə qadirdir .

(src)="s2.21.0"> Ey insanlar !
(trg)="s2.21.0"> Ey insanlar !

(src)="s2.21.1"> Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki , müttəqi olasınız !
(src)="s2.21.2"> ( Allahdan qorxub pis əməllərdən çəkinəsiniz ! )
(trg)="s2.21.1"> Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki , bəlkə Allahdan qorxasınız .

(src)="s2.22.0"> O Allah ki , sizin üçün yer üzünü döşədi , göyü isə tavan yaratdı , göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi .
(trg)="s2.22.0"> O , sizin üçün yer üzünü döşəmə , göyü isə tavan etdi .
(trg)="s2.22.1"> Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi .

(src)="s2.22.1"> İndi siz də Allaha ( Onun heç bir oxşarı və bənzəri olmadığını ) bilə-bilə şəriklər qoşmayın !
(trg)="s2.22.2"> Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın .

(src)="s2.23"> Əgər bəndəmizə ( Muhəmmədə ) nazil etdiyimizə ( Qur ’ ana ) şəkkiniz varsa , siz də ( fəsahətdə və bəlağətdə ) ona bənzər bir surə gətirin və əgər ( “ bu , bəşər kəlamıdır ” sözünü ) doğru deyirsinizsə , onda Allahdan savayı ( bütün ) şahidlərinizi ( bütlərinizi , şair və alimlərinizi bu işdə köməyə ) çağırın !
(trg)="s2.23"> Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə , onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə , Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın !

(src)="s2.24"> Madam ki , bele bir işi bacarmırsınız , heç bacara da bilməzsiniz , o halda kafirlər üçün hazırlanmış , yanacağı ( günahkar ) insanlardan və kibrit daşlarından ibarət olan oddan ( Cəhənnəmdən ) həzər edin !
(trg)="s2.24"> Əgər siz bunu edə bilmirsinizsə , – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan , kafirlər üçün hazırlanmış oddan çəkinin .

(src)="s2.25.0"> ( Ya Peyğəmbər ! )
(src)="s2.25.1"> İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver : onlar üçün ( ağacları ) altından çaylar axan cənnətlər ( bağlar ) vardır .
(trg)="s2.25.0"> İman gətirib saleh əməllər edənlərə müjdə ver ki , onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır .

(src)="s2.25.2"> ( O cənnətlərin ) meyvələrindən bir ruzi yedikləri zaman : “ Bu bizim əvvəlcə ( dünya evində ) yediyimiz ruzidir ” , - deyəcəklər .
(trg)="s2.25.1"> Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə : “ Bu ki , əvvəlcə bizə verilən ruzidir ! ” – deyəcəklər .

(src)="s2.25.3"> Əslində isə bu ( ruzi , meyvələr ) onlara ( dünyadakılara zahirən ) bənzər olaraq verilmişdir .
(trg)="s2.25.2"> Halbuki onlara onun oxşarı veriləcəkdir .

(src)="s2.25.4"> Onlardan ötrü orada ( hər cəhətdən ) pak ( olan ) zövcələr də var .
(src)="s2.25.5"> Onlar ( mö ’ minlər ) orada əbədi qalacaqlar .
(trg)="s2.25.3"> Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar .

(src)="s2.26.0"> Əlbətdə , Allah ( Qur ’ anda ) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz .
(trg)="s2.26.0"> Həqiqətən , Allah ağcaqanadı və ( istər böyüklükdə , istərsə də kiçiklikdə ) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz .

(src)="s2.26.1"> İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər , kafirlər isə : “ Allah bu məsəllə nə demək istəyir ? ” -deyirlər .
(trg)="s2.26.1"> İman gətirənlər bilirlər ki , bu , onların Rəbbindən gələn haqdır .
(trg)="s2.26.2"> Küfr edənlər isə deyirlər : “ Bu məsəllə Allah nə demək istədi ? ”

(src)="s2.26.2"> Allah bununla ( bu məsəllə ) bir çoxlarını zəlalətə salır , bir çoxlarını isə doğru yola yönəldir .
(trg)="s2.26.3"> Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir .

(src)="s2.26.3"> Allah yalnız fasiqləri zəlalətə düçar edir .
(trg)="s2.26.4"> Lakin O , bununla yalnız fasiqləri yoldan çıxarır .

(src)="s2.27.0"> O kəslər ki , Allahla ( Ona iman gətirmək və itaət etmək barəsində ) əhd bağladıqdan sonra onu pozur , Allahın birləşdirilməsini buyuduğu şeyləri parçalayır ( mö ’ minlərlə dostluğu , qohum-əqrəba ilə əlaqələri kəsir ) və yer üzündə fitnə-fəsad törədirlər .
(trg)="s2.27.0"> O kəslər ki , Allahla əhd-peyman bağladıqdan sonra onu pozur , Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri ( qohumluq əlaqələrini ) kəsir və yer üzündə fitnə-fəsad törədirlər .

(src)="s2.27.1"> Məhz belələri ( dünyada və axirətdə ) ziyana uğrayanlardır !
(trg)="s2.27.1"> Məhz onlar ziyana uğrayanlardır !

(src)="s2.28.0"> Allahı necə inkar edirsiniz ki , siz ölü idiniz , O sizi diriltdi .
(trg)="s2.28.0"> Allahı necə inkar edirsiniz ki , siz ölü idiniz , O sizi diriltdi ?

(src)="s2.28.1"> O sizi ( əcəliniz gəldikcə ) yenə öldürəcək , sonra ( qiyamətdə ) yenə də dirildəcək və daha sonra siz ( əməllərinizin haqq-hesabı çəkilmək üçün ) Ona tərəf ( Onun hüzuruna ) qaytarılacaqsınız .
(trg)="s2.28.1"> Sonra O sizi öldürəcək və yenə dirildəcək , daha sonra isə siz Ona qaytarılacaqsınız .

(src)="s2.29.0"> Yer üzündə nə varsa , hamısını sizin üçün yaradan , sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur ( Allahdır ) !
(trg)="s2.29.0"> Yer üzündə olanların hamısını sizə görə xəlq edən , sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur .

(src)="s2.29.1"> O , hər şeyi biləndir !
(trg)="s2.29.1"> O , hər şeyi bilir .

(src)="s2.30.0"> ( Ya Rəsulum ! )
(src)="s2.30.1"> Sənin Rəbbin mələklərə : “ Mən yer üzündə bir xəlifə ( canişin ) yaradacağam ” , - dedikdə ( mələklər ) : “ Biz Sənə şükür etdiyimiz , şə ’ ninə tə ’ riflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda , Sən orada ( yer üzündə ) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən ? ” - söylədilər .
(trg)="s2.30.0"> Sənin Rəbbin mələklərə : “ Mən yer üzündə bir canişin bərqərar edəcəyəm ! ” – dedikdə , onlar : “ Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda , Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən ? ” – söylədilər .

(src)="s2.30.2"> ( Allah onlara : ) “ Mən bildiyim şeyi siz bilmirsiniz ! ” – buyurdu .
(trg)="s2.30.1"> O dedi : “ Şübhəsiz ki , Mən sizin bilmədiklərinizi bilirəm ! ”

(src)="s2.31.0"> ( Allah Adəmi yaratdıqdan sonra ) Adəmə bütün şeylərin adlarını ( ismlərini ) öyrətdi .
(trg)="s2.31.0"> Allah Adəmə bütün şeylərin adlarını öyrətdi .

(src)="s2.31.1"> Sonra onları ( həmin şeyləri ) mələklərə göstərərək : “ ( İddianızda ) doğrusunuzsa , bunların adlarını Mənə bildirin ! ” - dedi .
(trg)="s2.31.1"> Sonra onları mələklərə göstərib dedi : “ Doğru danışanlarsınızsa , bunların adlarını Mənə deyin ! ”

(src)="s2.32.0"> Onlar : “ Sən paksan , müqəddəssən !
(src)="s2.32.1"> ( Bütün eyib və nöqsanlardan kənarsan ! )
(trg)="s2.32.0"> Onlar dedilər : “ Sən pak və müqəddəssən !

(src)="s2.32.2"> Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik .
(trg)="s2.32.1"> Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur !

(src)="s2.32.3"> ( Hər şeyi ) bilən Sən , hikmət sahibi Sənsən ” , - dedilər .
(trg)="s2.32.2"> Həqiqətən , Sən Bilənsən , Müdriksən ! ”

(src)="s2.33.0"> ( Sonra ) O : “ Ey Adəm , bunların ( kainatda mövcud olan əşyanın ) adlarını onlara bildir ! ” - dedi .
(trg)="s2.33.0"> Allah dedi : “ Ey Adəm , bunların adlarını onlara bildir ! ”

(src)="s2.33.1"> ( Adəm ) onlara ( mələklərə ) bunların adlarını xəbər verdikdə ( Allah ) : “ Mən sizə , göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm , söyləmədimmi ? ” – buyurdu .
(trg)="s2.33.1"> O , bunların adlarını onlara bildirdikdə Allah dedi : “ Mən sizə demədim ki , göylərdə və yerdə olan qeybi , aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm ? ”

(src)="s2.34.0"> ( Ya Peyğəmbər ! )
(src)="s2.34.1"> Biz mələklərə : “ Adəmə səcdə edin ! – dedikdə İblisdən başqa ( hamısı ) səcdə etdi .
(trg)="s2.34.0"> Bir zaman Biz mələklərə : “ Adəmə səcdə edin ! ” – dedikdə , İblisdən başqa hamısı səcdə etdi .

(src)="s2.34.2"> ( Yalnız ) o , lovğalanaraq ( səcdə etməkdən ) imtina etdi və kafirlərdən oldu .
(trg)="s2.34.1"> O imtina edib təkəbbür göstərdi və kafir oldu .

(src)="s2.35.0"> ( Sonra ) Biz ( Adəmə ) dedik : “ Ey Adəm , sən zövcənlə ( Həvva ilə ) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən , istədiyiniz kimi , bol-bol yeyin , yalnız bu ağaca ( buğdaya ) yaxın gəlməyin !
(trg)="s2.35.0"> Biz dedik : “ Ey Adəm !
(trg)="s2.35.1"> Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için , təkcə bu ağaca yaxınlaşmayın !

(src)="s2.35.1"> Yoxsa ( özünüzə ) zülm edənlərdən olarsınız ” .
(trg)="s2.35.2"> Yoxsa zalımlardan olarsınız ” .

(src)="s2.36.0"> ( Lakin ) Şeytan onları azdırıb ( buğdadan yedizdirməklə ne ’ mətlər içində ) olduqları yerdən uzaqlaşdırdı .
(trg)="s2.36.0"> Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı .

(src)="s2.36.1"> Biz də ( Adəmə , Həvvaya və Şeytana ) : “ Bir-birinizə düşmən kəsilərək ( buradan kənar olub yer üzünə ) enin !
(trg)="s2.36.1"> Biz dedik : “ Bir-birinizə düşmən olaraq aşağı enin !

(src)="s2.36.2"> Yerdə sizin üçün müəyyən vaxta qədər ( ömrünüzün axırınadək ) sığinacaq və yaşayış ( dolanacaq ) vasitələri var ” , -dedik .
(trg)="s2.36.2"> Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır ” .

(src)="s2.37.0"> ( Nəhayət ) Adəm rəbbindən ( bə ’ zi xüsusi ) kəlmələr öyrənərək ( Həvva ilə birlikdə o kəlmələr vasitəsilə ) tövbə etdi .
(trg)="s2.37.0"> Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi , O da onun tövbəsini qəbul etdi .

(src)="s2.37.1"> Doğrudan da , O ( Allah ) tövbələri qəbul edəndir , mərhəmətlidir .
(trg)="s2.37.1"> Doğrudan da O , tövbələri qəbul edəndir , Rəhmlidir .

(src)="s2.38.0"> Biz ( onlara ) dedik : “ Hamınız buradan ( yer üzünə ) enin !
(trg)="s2.38.0"> Biz dedik : “ Hamınız oradan yerə enin !

(src)="s2.38.1"> Mənim tərəfimdən sizə bir hidayət ( peyğəmbər və Kitab ) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara ( axirət əzabından ) heç bir qorxu yoxdur və onlar ( qiyamətdə ) qəmgin olmazlar ” .
(trg)="s2.38.1"> Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər ” .

(src)="s2.39"> Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər , onlar orada ( atəş içində ) əbədi qalacaqlar .
(trg)="s2.39.0"> Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər .
(trg)="s2.39.1"> Onlar orada əbədi qalacaqlar !

(src)="s2.40.0"> Ey İsrail oğulları !
(trg)="s2.40.0"> Ey İsrail oğulları !

(src)="s2.40.1"> Sizə bəxş etdiyim ne ’ mətimi xatırlayın , ( Tövratda axirüzzəman peyğəmbər barəsindəki ) buyurduğumu yerinə yetirin ki , Mən də sizinlə ( sizi Cənnətə varid etmək barəsində ) olan əhdə vəfa edim .
(trg)="s2.40.1"> Sizə bəxş etdiyim nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki , Mən də sizə verdiyim əhdi yerinə yetirim .

(src)="s2.40.2"> Yalnız Məndən qorxun !
(trg)="s2.40.2"> Təkcə Məndən qorxun !

(src)="s2.41.0"> Sizin əlinizdəkini ( Tövratı ) təsdiqləyici kimi göndərdiyimə ( Qur ’ ana ) iman gətirin !
(src)="s2.41.1"> Onu inkar edənlərin əvvəlincisi siz olmayın !
(trg)="s2.41.0"> Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə ( Qurana ) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın !

(src)="s2.41.2"> Mənim ayələrimi ( Tövratdakı hökmlərimi ) ucuz qiymətə ( dəyərsiz dünya malına ) satmayın və ancaq Məndən qorxun !
(trg)="s2.41.1"> Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun .

(src)="s2.42"> Siz bilə-bilə haqqı batillə qarışdırmayın , haqqı gizlətməyin !
(trg)="s2.42"> Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin .

(src)="s2.43"> ( Müsəlmanların namazı kimi ) namaz qılın , zəkat verin və rüku edənlərlə birlikdə rüku edin !
(trg)="s2.43"> Namaz qılın , zəkat verin və rüku edənlərlə birlikdə rüku edin !

(src)="s2.44.0"> Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda , özünüzü unudursunuz ?
(src)="s2.44.1"> Halbuki özünüz kitab ( Tövrat ) oxuyursunuz .
(trg)="s2.44.0"> Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda , özünüzü unudursunuz ?

(src)="s2.44.2"> Məgər ( çirkin əməllərinizi ) başa düşmürsünüz ?
(trg)="s2.44.1"> Məgər anlamırsınız ?

(src)="s2.45.0"> ( Müsibət vaxtında ) səbr etmək və namaz qılmaqla ( Allahdan ) kömək diləyin !
(trg)="s2.45.0"> Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin !

(src)="s2.45.1"> Bu , ağır iş olsa da , ( Allaha ) itaət edənlər üçün ağır deyildir .
(trg)="s2.45.1"> Həqiqətən , bu , Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir .

(src)="s2.46"> Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər .
(trg)="s2.46"> Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər .

(src)="s2.47.0"> Ey İsrail övladı !
(trg)="s2.47.0"> Ey İsrail oğulları !

(src)="s2.47.1"> Sizə bəxş etdiyim ne ’ mətimi və sizi ( vaxtilə əcdadınızı ) bütün aləmlərdən ( başqa insanlardan ) üstün tutduğumu yadınıza salın !
(trg)="s2.47.1"> Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın .

(src)="s2.48"> Qorxun o gündən ki , ( Allahın izni və köməyi olmayınca ) heç kəs heç kəsin karına gələ bilməsin ( heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin ) , heç kəsdən şəfaət ( bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş , iltimas ) qəbul olunmasın , heç kəsdən ( günahlarının təmizlənib əzabdan xilas olması üçün ) fidyə ( əvəz ) alınmasın və onlara ( günahkarlara ) heç bir kömək göstərilə bilməsin !
(trg)="s2.48"> Qorxun o gündən ki , o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək , heç kəsdən şəfaət qəbul olunmayacaq , heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir .

(src)="s2.49.0"> ( Ey İsrail oğulları !
(src)="s2.49.1"> Yadınıza gətirin o vaxtı ki ) Fir ’ on əhli sizə ( babalarınıza ) ən ağır işgəncələr verdikləri , oğlan uşaqlarınızı boğazlayıb , qadınlarınızı ( kəniz etmək məqsədilə ) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik .
(trg)="s2.49.0"> Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik .
(trg)="s2.49.1"> O vaxt onlar sizə ağır əzablar verir , oğlan uşaqlarınızı öldürür , qadınlarınızı isə sağ buraxırdılar .

(src)="s2.49.2"> Bunlarda ( sizdən ötrü ) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi .
(trg)="s2.49.2"> Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi .

(src)="s2.50"> ( Yadınıza salın ki ) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fir ’ onun adamlarını siz baxa-baxa suda qərq etdik .
(trg)="s2.50"> O zaman Biz sizə görə dənizi yardıq , sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq .

(src)="s2.51.0"> ( Bir daha ) xatirənizə gətirin ki , Biz Musaya ( Tur dağında vəhy üçün ) qırx gecəlik və ’ də vermişdik .
(trg)="s2.51.0"> O zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik .

(src)="s2.51.1"> ( O , Tur dağına gedəndən ) sonra siz buzovu özünüzə ( tanrı ) qəbul etdiniz və ( bu hərəkətinizlə Alladan başqasına ibadət etməklə ) zalım oldunuz ( özünüzə zülm etdiniz ) .
(trg)="s2.51.1"> Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz .